Pleyeri seçin:
Sevastopol döyüşə hazırdır: Ukrayna PUA hücumlarını artırdı
Ukraynanın işğal altındakı Sevastopol şəhərinin Xersones burnu ərazisinə dronlarla hücum edilib.
Bu barədə regionun qondarma qubernatoru Mixail Razvojayev “Telegram”da məlumat verib.
“İlkin məlumatlara görə, Xersones burnu ərazisində dəniz üzərində uçan bir neçə PUA zərərsizləşdirilib. Mülki infrastruktura ziyan dəyməyib. Hazırda şəhərdə vəziyyət stabildir. Lakin qüvvələrimiz döyüşə tam hazır vəziyyətdədir”, – deyə qubernator qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 42 Pilotsuz Uçuş Aparatının 33-ü elektron döyüş vasitəsilə, 9-u isə hava hücumundan müdafiə qüvvələri ilə vurulub. İtki və dağıntı qeydə alınmayıb.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
