Pleyeri seçin:

Sevgilisini dinə qurban verən, hamının ələ saldığı Tom Kruz | ARAŞDIRMA

06 iyun 2024 443 baxış

Hollivudun ən çox qazanan, filmlərində bir çox təhlükəli fəndləri özü ifa edən tanınmış aktyor Tom Kruza həsr olunmuş araşdırma efirə gedib.

O, Nyu-Yorkda dünyaya gəlib. Balaca boyu və əyri dişlərinə görə utanan Tomun dostları da demək olar ki, yox idi. Ailə tez-tez müxtəlif şəhərlərə köçürdü və buna görə də Tom 5 məktəb dəyişmişdi. Kasıb yaşayan ailədə müxtəlif problemlər var idi. Bütün bunlar azmış kimi, atası Tomu heç bir səbəb olmadan döyürdü.

Tomun aktyor olmaq üçün getdiyi Los-Ancelesdə tale üzünə gülür. O, istedadlar agentliyi ilə müqavilə imzalayır və filmlərə çəkilməyə başlayır. Tom Kruzu tamaşaçılar ilk dəfə 1981-ci ildə “Sonsuz məhəbbət” filmində görürlər. Ard-arda bir neçə uğurlu filmlərə çəkilməsi nəticəsində Tomun qonorarı artmışdı.

Amma aktyorun karyerasındakı dönüş nöqtəsi “Top Gun” filmidir. “Rain man”, yəni “Yağış adam” filmi Toma dünya şöhrəti gətirir. “4 İyulda doğulmuşlar” filmi Toma axır ki, mükafat da qazandırır. Ən yaxşı kişi roluna görə “Qızıl qlobus” alır və ilk dəfə “Oskar”a namizəd göstərilir.

1990-cı ildə film çəkilişləri zamanı o, aktrisa Nikol Kidmanla tanış olur və onlar arasında sevgi romanı başlayır. Tom bu məsələni çox uzatmır və həyat yoldaşı aktrisa Mimi Rocerslə boşanır. Nikol Kidman və Tom Kruz evlənirlər. Stenli Kubrikin “Geniş bağlanmış gözlərlə” adlı filmində Tom və Nikol birlikdə rol alırlar. Süjetinə və çəkilişlərinə görə hədsiz ağır olan film başa çatandan sonra cütlük arasında münasibətlər dəyişir. Tom Nikolu tərk edir.

Az keçmir ki, adı Penelopa Kruzla hallanmağa başlayır. Onlar eyni soyadı daşıyırlar. Birlikdə olmasının qarşısını alan səbəb isə hər ikisinin də dini görüşlərinin fərqli olması idi. Tom sayentologiyaya inanırdı, Penelopa isə buddist inancını dəyişmir. 3 il münasibətdən sonra cütlük ayrılır.

Maraqlı məqamlardan biri də odur ki, kilsə Tomla evlənmək üçün sayentologiyaya inanan qadın namizəd irəli sürür. Bu, İran əsilli, britaniyalı aktrisa Nazənin Bünyadi olur. Tom Nazəninlə münasibət qursa da, bu, çox uzun sürmür. 

Kopyalandı
Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 443 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 443 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 443 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 443 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 443 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 443 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 443 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 443 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 443 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 443 baxış
Seçilmişlər
icon