Pleyeri seçin:

Sevmədiyi adamlara dəhşət yaşadan, Rusiyanın ən yaşlı qadın qatili Sofiya Jukova | ARAŞDIRMA

06 iyun 2024 366 baxış

Müasir Rusiya tarixində ən yaşlı qatil-manyak – Sofiya Jukova haqqında araşdırma materialı efirə gedib.

Son qurbanını öldürəndə qadının 80 yaşı var idi. 1939-cu il təvəllüdlü Sofiya savadsız və fiziki cəhətdən güclü olduğundan ömrü boyu donuz fermasında qəssab işləyib.

2006-cı ilə iki həftə qalmış Nastya Alekseyenko qonşuluqda yaşayan nənə və babasının evinə qonaq gələrək binaya girir və yoxa çıxır. Nastyanın rəfiqəsi pilləkənlərdə gördüyü qadını Sofiyaya oxşadır.

Suallara cavab verən Sofiya uşağın tez-tez onlara baş çəkdiyini deyir. S.Jukovanı tanıyanlar təəccüblənirlər. Axı Sofiya uşaqları sevmir. İtini gəzdirən qonşu polisə bildirir ki, həyətdə ət parçaları görüb, amma polis gələnə qədər ət parçaları yoxa çıxır. Dekabrın 27-də Xabarovsk sakini şəhər zibilliklərinin birindən qara plastik torbada uşaq qalıqlarını tapır.

2013-cü ildə evini satıb qızı ilə birlikdə Moskvaya köçmək qərarına gələn 77 yaşlı Anastasiya Mixeyeva bir müddət Sofiyanın evində qalmalı olur. Neçə vaxt qadından xəbər olmadığından qızı polisə müraciət edir və S.Jukova şübhəli qismində dindirilir. Evindən A.Mixeyevanın qan izləri tapılsa da, Sofiya deyir ki, qan təzyiqi yüksək olduğundan qadının burnundan qan axıb. Lakin qonşular Sofiyanın itkin rəfiqəsinin paltarlarında gəzdiyini, ətli pirojki hazırlayıb tanışlara payladığının şahidi olurlar.

Beləliklə, 6 il keçir, Sofiya pula olan ehtiyacından evinin bir otağını süpürgəçi Vasili Şlyaxtına kirayəyə verir. Bir ay sonra o da yoxa çıxır. Qonşular polisə bildirirlər ki, Sofiyanın evindən balta və qışqırıq səsləri eşidiblər. İki gündən sonra zibillikdən onun doğranmış qalıqları tapılır.

S.Jukova həbs edilərək istintaq təcridxanasına salınır. Evində axtarış zamanı qan izləri, balta və insan əti ilə dolu soyuducu aşkar edilir. Sofiya bir müddət sonra süpürgəçinin ona təcavüz etdiyini deyir və özünü müdafiə etmək üçün ona balta vurmağa məcbur olduğunu bildirir.

İstintaq təcridxanasında iki qadınla dostlaşan S.Jukova onlara üç nəfəri necə öldürdüyünü danışır. O, Nastyanı səs-küylü olduğuna, Mixeyevanı özündən çox razı olduğuna, Şlyaxtını isə onu öpdüyünə görə öldürür. O belə hərəkətlərin intiqamını ancaq insan öldürüb, onu yeməkdə görürdü.

S.Jukova 2020-ci ildə COVID-19-dan dünyasını dəyişir və 2021-ci ildə ölümündən sonra hər üç qətldə günahkar bilinir.

Kopyalandı
Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 366 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 366 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 366 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 366 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 366 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 366 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 366 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 366 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 366 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 366 baxış
Seçilmişlər
icon