Pleyeri seçin:

Şimali Kiprdə dəhşət: azərbaycanlıların da olduğu gəmi niyə batdı? - Baku TV

31 avqust 2026 234 baxış

Şimali Kipr Türk Respublikasının sahillərində 267 sərnişin daşıyan bərə batıb. Ekipaj üzvləri ilə birlikdə gəmidə ümumilikdə 279 nəfərin olduğu bildirilir.

Türkiyə mediasının məlumatına görə, hadisə nəticəsində 241 nəfər xilas edilib, 8 nəfər həyatını itirib, 18 nəfərin axtarışları isə davam etdirilir.

Faciə ilə əlaqədar Şimali Kipr Türk Respublikasında üç günlük matəm elan olunub.

Batan gəmidə iki Azərbaycan vətəndaşının da olduğu bildirilir. Onların sərnişin deyil, gəminin texniki heyətinin üzvləri olduğu və xilas edildikləri qeyd olunur.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlunun sözlərinə görə, hadisə ilə bağlı gəminin kapitanı və ekipajın yeddi üzvü məhkəməyə çıxarılıb. Məhkəmə qəza ilə bağlı məsuliyyətə cəlb olunması vacib hesab edilən 16 nəfərin növbəti iclasa gətirilməsini tələb edib.

O bildirib ki, qəzanın səbəbləri ilə bağlı yekun rəy hələ açıqlanmayıb. İlkin məlumatlara əsasən, gəmidə ciddi texniki nasazlıqlar olub.

Qeyd edilib ki, saat 10:00-da yola çıxmalı olan gəmi saat 12:00-dək gecikib. Gecikmə hava şəraiti və texniki problemlərlə əlaqəli olub.

Vurğulanıb ki, hadisənin dəqiq səbəbləri yaradılmış komissiyanın araşdırmasından sonra məlum olacaq.

Banner
Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır

Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır

Dünya
26 oktyabr 2026 234 baxış
Silahlı quruplaşmalara qarşı hərbi əməliyyatlar sərtləşdirilib, Milli Azadlıq Ordusunun 10 üzvü öldürülüb

Silahlı quruplaşmalara qarşı hərbi əməliyyatlar sərtləşdirilib, Milli Azadlıq Ordusunun 10 üzvü öldürülüb

Dünya
26 oktyabr 2026 234 baxış
Mənzil etirazı Madriddə əsrlik köç ənənəsinin marşrutunu dəyişib

Mənzil etirazı Madriddə əsrlik köç ənənəsinin marşrutunu dəyişib

Dünya
26 oktyabr 2026 234 baxış
Çinin şimal bölgələrində ilk qar örtüyü yaranıb, payız mənzərəsi qış görünüşü alıb

Çinin şimal bölgələrində ilk qar örtüyü yaranıb, payız mənzərəsi qış görünüşü alıb

Dünya
26 oktyabr 2026 234 baxış
Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib

Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib

Dünya
26 oktyabr 2026 234 baxış
Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək

Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək

Dünya
26 oktyabr 2026 234 baxış
Uqandada kimlər 21 gün ərzində təcrid şəraitində qalmalı olacaq? - Baku TV

Uqandada kimlər 21 gün ərzində təcrid şəraitində qalmalı olacaq? - Baku TV

Dünya
26 oktyabr 2026 234 baxış
ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Dünya
26 oktyabr 2026 234 baxış
Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV

Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV

Dünya
26 oktyabr 2026 234 baxış
Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI

Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 234 baxış
Seçilmişlər
icon