Şimali Koreya atəş səslərini eşidir | ABŞ və Cənubi koreyanın birgə təlimi
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreya və ABŞ hərbçiləri Koreya Xalq Demokratik Respublikası ilə sərhəd yaxınlığında birgə təlim keçirib.
Məşqlər Pxenyanın həm uzaqmənzilli ballistik raketləri, həm də Sakit okeandakı hədəfləri vurmaq üçün nəzərdə tutulan taktiki silahları sınaqdan keçirdiyinə cavab olaraq keçirilib.
Müttəfiqlərin təlimləri potensial düşmənin aqressiyasını simulyasiya edərək döyüş hazırlığını yoxlamaq və təkmilləşdirmək üçün nəzərdə tutulub.
Məlumata görə, məşqlər dekabrın 29-dan yanvarın 4-dək bir həftə davam edib. Birgə təlimə 110-dan çox hərbi texnika, o cümlədən Cənubi Koreya ordusunun tankları, zenit artilleriya və döyüş yerüstü maşınları, həmçinin ABŞ-nin hücum təyyarələri və zirehli döyüş maşınları cəlb olunub.
#Cənubi Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
- Pusanda kanalda qalan “Bukangi” adlı köpəkbalığı hələ də xilas edilməyib
