Şimali Koreya – Cənubi Koreya arasında gərginlik alovlanır?
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya lideri Kim Çen Inın bacısı və xarici siyasət məsləhətçisi Kim Yo Con Cənubi Koreya Prezidenti Li Ce-Myonqun sülh təşəbbüslərini bir daha rədd edib.
Xarici KİV-in məlumatına görə, o, Pxenyanın Seulu heç vaxt diplomatik tərəfdaş kimi görməyəcəyini bəyan edib.
Bu açıqlama Cənubi Koreya ilə ABŞ-nin birgə hərbi təlimləri fonunda verilib.
Kim Yo Con bu hərbi manevrləri təxribat xarakterli işğal məşqi adlandırıb və Li Ce-Myonqu “ikili xarakterli” olmaqda günahlandırıb. Yəni onun bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hərbi oyunları davam etdirdiyini düşünür.
“Cənubi Koreya Respublikası ciddi, etibarlı və dürüst olmadığına görə Koreya Xalq Demokratik Respublikasının mərkəzində dayanan regional diplomatiyada heç bir rola sahib ola bilməz. Onlar bizim üçün diplomatik tərəfdaş ola bilməz”, ‒ deyə Kim Yo Con bildirib.
#Şimali Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Kim Çen Inın öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi iddia olunur - Baku TV CANLI
- Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb
