Pleyeri seçin:
Sinqapura uçan təyyarə hava boşluğuna düşdü | Ölən və yaralananlar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna düşüb, ölən və xəsarət alanlar var.
Bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində Londondan Sinqapura uçan hava gəmisində bir nəfər ölüb, 30-dan çox sərnişin yaralanıb.
Məlumata görə, “Boeing 777” təyyarəsi Banqkoka yönləndirilib və yerli vaxtla 15:45-də eniş edib.
Aviaşirkətdən o da bildirilib ki, hava nəqliyyat vasitəsində ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub. Faktla bağlı araşdırmalara başlanılıb.
Kopyalandı
