Sofi Adeno açıq kosmosa çıxan ilk fransız qadın olub
Avqustun 18-də kosmosa yeni missiya həyata keçirilib. Fəzaya edilən bu səfər Fransa üçün əlamətdar tarixə çevrilib.
Belə ki, astronavt Sofi Adeno Beynəlxalq Kosmik Stansiyada açıq kosmosa çıxan ilk fransız qadın olub.
O, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin astronavtı Anil Menon ilə birlikdə açıq kosmosa çıxaraq Beynəlxalq Kosmik Stansiyada “kosmos–Yer” rabitə antenasının dəyişdirilməsi işinə başlayıb.
Bu antenna NASA üçün mühüm rabitə vasitəsidir və Hyustondakı Missiya İdarəetmə Mərkəzi ilə kosmik stansiya arasında məlumat ötürülməsini və yüksək sürətli rabitəni təmin edir.
Qurumdan yaılan məlumata görə, missiyada yaranan gecikmələr səbəbindən astronavtlar antenanı dəyişdirə bilməyiblər. Onlar antenanı stansiyaya qayıtmazdan əvvəl müvəqqəti olaraq bərkidərək açıq kosmosdakı işlərini başa çatdırıblar.
