"Son müddəti iki həftə uzatmağı israrla xahiş edirəm" | Şahbaz Şərif
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ lideri Donald Trampı İranla razılaşma əldə etmək üçün son müddəti daha iki həftə uzatmağa çağırıb.
Şahbaz Şərif bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər davamlı və güclü şəkildə irəliləyir və yaxın gələcəkdə əsaslı nəticələrə gətirib çıxarmaq potensialına malikdir. Diplomatiyanın öz axarında getməsi üçün mən Donald Trampdan son müddəti iki həftə uzatmağı israrla xahiş edirəm", – deyə paylaşımda qeyd olunub.
Pakistanın Baş naziri həmçinin İranı bu iki həftə ərzində Hörmüz boğazını açmağa çağırıb.
"Pakistan bütün səmimiyyəti ilə İran qardaşlarından xoşməramlı jest olaraq Hörmüz boğazını müvafiq iki həftə müddətinə açmalarını xahiş edir. Həmçinin bütün müharibə edən tərəfləri regionda uzunmüddətli sülh və sabitlik naminə diplomatiyanın müharibəyə qəti şəkildə son qoymasına imkan vermək üçün iki həftə ərzində hər yerdə atəşkəsə riayət etməyə çağırırıq", – deyə Pakistanın Baş naziri Şahbaz Şərif sosial media hesabında yazıb.
#Şahbaz Şərif teqi istifadə olunub
- Ərdoğanla Şahbaz Şərif birgə mətbuat konfransı keçiriblər
- İslamabaddan vacib diplomatik addım | Şahbaz Şərif İran və Türkiyəyə niyə gedir? - Baku TV CANLI
- Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək
- İsveçrədə kritik görüş | Şərif və Munirin də iştirakı gözlənilir - Baku TV
- Pakistanın Baş naziri İranla bağlı vacib paylaşımını niyə yenilədi?
