Şoyqu Putinin ordu ilə bağlı yeni qərarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində Rusiyada Moskva və Leninqrad hərbi dairələri yaradılacaq.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin silahlı qüvvələrinin sayının artırılması ilə bağlı keçirilən müşavirədə bildirib:
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin sayını 1,5 milyon hərbçiyə qədər artırmaq qərarına gəlib. Dövlətin hərbi təhlükəsizliyini təmin etmək, Rusiya Federasiyasının yeni subyektlərini və kritik obyektlərini qorumaq yalnız silahlı qüvvələrin əsas struktur komponentlərini gücləndirməklə mümkündür. Nəticə etibarı ilə Silahlı Qüvvələrin iki yeni xidmətlərarası strateji ərazi birliyi yaradılır - Moskva və Leninqrad hərbi dairələri".
Nazir əlavə edib ki, hərbi qulluqçuların sayının artırılması silah təchizatı və infrastrukturun inkişafı ilə paralel həyata keçiriləcək.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
