Pleyeri seçin:
Sudanda Türkiyə təyyarəsinə silahlı hücum edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sudanda təxliyə məqsədilə gələn Türkiyə təyyarəsinə atəş açılıb.
Məlumata görə, təyyarə Sudanın paytaxtı Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş edərkən atəşə tutulub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təxliyə təyyarəsi missiyasını uğurla başa çatdırıb və hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, aprelin 15-də Xartum şəhərində ordu ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar başlayıb. Bu günə qədər davam edən silahlı münaqişə zamanı yüzlərlə insan ölüb.
Kopyalandı
#Sudan teqi istifadə olunub
- ABŞ mediasında Sudanla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI
- Sudanda gərginlik davam edir | Münaqişələr zamanı minlərlə ölən var - Baku TV
- Rəcəb Tayyib Ərdoğan Abdel Fattah əl-Burhanla görüşdü
- Dron hücumları nəticəsində 100-dən çox dinc sakin həlak olub
- Sudan Rusiyaya silah müqabilində ərazisində hərbi baza yerləşdirməyi təklif etdi
