Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
“Politico” nəşri xəbər verir ki, “Anthropic” süni intellekt tədqiqat şirkəti ABŞ Konqresinə süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb.
Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışını və ya istifadəsini bloklamağa imkan verir. Bunun üçün ekspertlər sistemin 1 milyard dollar ziyana səbəb ola biləcəyini və ya 50-dən çox insanın ölümü, eləcə də ciddi xəsarət alması riskini yarada biləcəyini izahlarla sübut etməlidirlər. Təhdid birbaşa bioloji silahların yaradılması və ya istifadəsi, modelin tərtibatçının nəzarətindən çıxması və ya kiberhücumla əlaqəli olmalıdır.
ABŞ Ticarət Nazirliyində qeydiyyatdan keçmiş müstəqil ekspertlərin bu cür riskləri müəyyən edərək izah etmələri mümkün görünür.
Qeyd edək ki, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts bir müddət əvvəl bildirmişdi ki, süni intellektin sürətli inkişafı 2027-ci ildə ciddi kibertəhlükələrə yol aça bilər. Onun sözlərinə görə, ən yeni süni intellekt modellərinin imkanlarının artması, kifayət qədər məhdudiyyətlərin olmaması və kibercinayətkarların fəaliyyəti bu sahədə çoxlu problemlərə səbəb olacaq.
#ABŞ Konqresi teqi istifadə olunub
- Noyabr seçkiləri Tramp administrasiyasının gələcəyini necə dəyişəcək? - Baku TV
- Bakıda çapılan qayalar, tikintilərin fəsadı: havadakı toz normanı 1,7 dəfə keçdi - AKTUAL GÜNDƏM
- Senat Trampa qarşı çıxmadı
- Trampın Türkiyə səfəri İsraili narazı salıb? | Bölgədə vəziyyət necə olacaq? - Baku TV
- Dərhal 359 milyard dollarlıq qanun layihəsini təsdiqləyin | Donald Tramp
