Seçki məğlubiyyətinin səbəbi İrandır? | Vitse-prezident günahı nədə görür? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar.
Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "X" sosial şəbəkəsində yazıb.
Vensin sözlərinə görə, sorğuların nəticələrinə əsasən, 2024-cü ildə Trampa səs verən seçicilərin bir çoxu narazı qalıb və demokratları dəstəkləmək niyyətində olub. Onlardan respublikaçılara yenidən səs verməyə nə vadar edə biləcəyi soruşulduqda, dörd əsas şərt irəli sürüblər: müharibənin dayandırılması, diqqətin yaşayış xərcləri və inflyasiyaya yönəldilməsi, "Öncə Amerika" siyasətinə qayıdış və ABŞ-nin İsraillə münasibətlərinin dəyişdirilməsi.
Vens vurğulayıb ki, problem respublikaçı seçicilərin səsverməyə gəlməməsi ilə bağlı olmayıb. Əsas məsələ Trampa 2024-cü ildə səs verən tərəfdarlarının bir qisminin 2026-cı ildə demokratlara üstünlük verməsidir.
O həmçinin qeyd edib ki, yaxın aylarda respublikaçıların problemlərinin həlli yolu kimi amnistiya haqqında təkliflər səslənə bilər, lakin bu cür təşəbbüsləri məğlubiyyətin səbəblərinə verilən yanlış cavab adlandırıb.
Vitse-prezident əlavə edib ki, seçkilərin nəticələrinin və respublikaçıların gələcək addımlarının hər hansı dürüst təhlili onların məğlubiyyətində müharibənin rolunun etiraf edilməsi ilə başlamalıdır.
#ABŞ Konqresi teqi istifadə olunub
- ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib
- Tramp Ağ Ev tribunasından demokratlara önəmli mesajlar verdi - Baku TV
- ABŞ-dəki seçkilərin nəticələri nəyi dəyişəcək? - Baku TV CANLI
- Seçki nəticələrindən sonra Trampın mövqeyi dəyişdi? | ABŞ liderindən diqqətçəkən açıqlama - Baku TV
- Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
