Pleyeri seçin:

Suriyanın hansı bölgələri ələ keçirildi? | Döyüşçülər əsir götürüldü

29 noyabr 2024 499 baxış

Suriyanın Hələb bölgəsində Bəşər Əsəd rejimi və ona qarşı çıxan “Heyət Təhrir əş-Şam” qruplaşması arasında toqquşmalar baş verib.

Qarşıdurmalar zamanı qruplaşma 32 bölgəni ələ keçirib.

Döyüşlər zamanı qruplaşmaya bağlı silahlı dəstələr Əsəd rejiminin nəzarətində olan Hələbin qərb hissəsindəki Akil təpəsi, Ər-Ragib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, Basartun, Hur, Elkasimiyye, Acil, Bele, Sellum, Kefer Bissin, Şeyh Akil, Hırderkal, Acemi, Ürumsuğra, Üveycil kəndlərini və digər əraziləri tutublar.

Hücumlar nəticəsində 132 silahlı şəxsin öldürüldüyü bildirilib. Bölgədən qaçan 10 minə yaxın dinc sakin isə İdlibə sığınıb.

Bundan əlavə, onlarla hərbçinin əsir götürüldüyü vurğulanıb. Xarici medianın yaydığı məlumata görə, əsir götürülən şəxslər arasında azı 3 rusiyalı döyüşçü də olub.

Qeyd edək ki, sözügedən qruplaşmanın üzvləri Hələb şəhərinin mərkəzinin 8 kilometr yaxınlığına qədər gəliblər. Hazırda bölgədə toqquşmaların hələ də davam etdiyi bildirilir. Son məlumata görə, “Heyət Təhrir əş-Şam” 245 kvadratkilometrdən çox əraziyə nəzarət edir. Baş verənlərdən sonra Suriya Prezidentinin rusiyalı həmkarı ilə danışıqlar aparmaq üçün Moskvaya yollandığı iddia olunsa da, bu xəbər təsdiqini tapmayıb.

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 499 baxış
Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 499 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 499 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 499 baxış
Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Dünya
26 sentyabr 2026 499 baxış
ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 499 baxış
Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 499 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 499 baxış
Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Dünya
26 sentyabr 2026 499 baxış
Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Dünya
26 sentyabr 2026 499 baxış
Seçilmişlər
icon