Pleyeri seçin:
Tacikistanda ardıcıl zəlzələlər əhalini qorxuya saldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daha bir ölkədə güclü zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, bu dəfə yeraltı təkanlar Tacikistanı silkələyib.
Belə ki, martın 23-də bu ölkədə 5,1 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri 144 min insanın yaşadığı Xucənd şəhərindən 96 km cənub-şərqdə, ocağı isə 8 km dərinlikdə qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, martın 9-da ölkədə 4,1, daha sonra 4,8 və sonda 5,7 bal gücündə silsilə zəlzələlər qeydə alınıb.
Kopyalandı
#Tacikistan teqi istifadə olunub
- İlham Əliyev Tacikistan Prezidentini qəbul edib - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV
- Dörd ölkənin liderləri yeni idman obyektinin açılış mərasimində bir araya gəlib - Baku TV
