Tacikistanı silkələyən hadisə | Yüksək vəzifə tutmuş şəxslər nələr edib?
Yeniliklərdən dərhal xəbərdar olun
Tacikistanda keçmiş dövlət məmurları və müxalif siyasi partiyanın rəhbər şəxslərinə qarşı əməliyyat keçirilib.
Bu barədə ölkənin Baş prokuroru Yusuf Rəhmon açıqlama verib.
Onun sözlərinə görə, 1991-1992-ci illərdə prezident vəzifəsini icra etmiş Əkbərşo İsgəndərov, keçmiş xarici işlər naziri Xamroxon Zərifi, Demokratik Partiyanın sədr müavini Əhmədşoh Komilzoda və Sosial Demokrat Partiyasının sədr müavini Şokirjon Xakimov həbs olunub, onlara qarşı cinayət işi açılıb.
Baş prokuror əlavə edib ki, saxlanılan şəxslər iyunun 14-də hakimiyyətin qanunsuz ələ keçirilməsinə cəhd ittihamı ilə həbs olunan Demokratik Partiyanın sədr müavini, keçmiş deputat Saidjafar Usmonzoda ilə yaxın əlaqələrə malik olub.
Usmonzodanın əmlaklarına həbs qoyulub. Baş prokuror istintaqın “məxfi” qrifi altında aparıldığını əsas gətirərək, əlavə detallar barədə açıqlama verməyib.
#Tacikistan teqi istifadə olunub
- İlham Əliyev Tacikistan Prezidentini qəbul edib - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV
- Dörd ölkənin liderləri yeni idman obyektinin açılış mərasimində bir araya gəlib - Baku TV
