Pleyeri seçin:

Tanınmış aviaşirkət reyslərin yarısını ixtisar edəcək

25 aprel 2026 515 baxış

İrlandiyanın “Ryanair” aviaşirkəti Berlin Brandenburq hava limanında fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib.

Şirkət bazasını bağlayacağını və qış uçuş cədvəli çərçivəsində reyslərin təxminən yarısını ixtisar edəcəyini bildirib. Qərar oktyabrın 24-dən qüvvəyə minəcək.

Aviaşirkət bu addımı hava limanında yüksək rüsumlar və sərnişin sayının azalması ilə əsaslandırır. Nəticədə 2027-ci ildə Berlin Brandenburq Aeroportu üzrə sərnişin dövriyyəsinin 4,5 milyondan 2,2 milyona düşəcəyi gözlənilir. Hazırda şirkət bu hava limanından Avropanın 12 ölkəsində 30-dan çox istiqamətə uçuşlar həyata keçirir.

“Ryanair” həmçinin Berlin Brandenburq Aeroportunda yerləşdirilmiş yeddi təyyarəni Avropa İttifaqında daha aşağı xərcli hava limanlarına köçürməyi planlaşdırır. Şirkət qərarını Almaniyada tətbiq olunan hava nəqliyyatı vergisi və rüsumların artırılması ilə əlaqələndirib.

Məlumata əsasən, Berlin Brandenburq Aeroportu idarəsi bu iddiaları təkzib edərək bildirib ki, belə artım planlaşdırılmır və tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Berlin Brandenburq Aeroportunda pandemiyadan sonra sərnişin axını hələ də tam bərpa olunmayıb. Ötən il hava limanından 26 milyon sərnişin istifadə edib ki, bu da 2019-cu illə müqayisədə xeyli azdır.

Banner
Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Dünya
02 noyabr 2026 515 baxış
Dəməşq təhlükəsizlik təminatları axtarır

Dəməşq təhlükəsizlik təminatları axtarır

Dünya
02 noyabr 2026 515 baxış
İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

Dünya
02 noyabr 2026 515 baxış
Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Dünya
02 noyabr 2026 515 baxış
Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Dünya
02 noyabr 2026 515 baxış
Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Dünya
02 noyabr 2026 515 baxış
Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Dünya
02 noyabr 2026 515 baxış
Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Dünya
02 noyabr 2026 515 baxış
Londonda ABŞ səfirliyi qarşısında nümayiş zamanı 300-dən çox şəxs saxlanılıb

Londonda ABŞ səfirliyi qarşısında nümayiş zamanı 300-dən çox şəxs saxlanılıb

Dünya
02 noyabr 2026 515 baxış
İran ABŞ və İsraildən Beynəlxalq Dəniz Təşkilatına şikayət edib

İran ABŞ və İsraildən Beynəlxalq Dəniz Təşkilatına şikayət edib

Dünya
02 noyabr 2026 515 baxış
Seçilmişlər
icon