Tanınmış boksçu görün nəyə görə saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Orta çəkidə boks üzrə keçmiş dünya çempionu Xulio Sezar Çaves ABŞ-dən deportasiya olunandan sonra Meksikada hakim qarşısına çıxarılıb. Ona qarşı irəli sürülən ittiham viza fırıldaqçılığı və cinayətkar dəstə ilə əlaqədə olmasıdır.
Meksika hökumətinin məlumatına görə, Çaves iyulun 2-də Miqrasiya və gömrük polisi tərəfindən Los-Ancelesdə saxlanılıb. Səbəb isə onun vizasının vaxtının bitməsi və müvəqqəti yaşayış üçün saxta məlumatlar təqdim etməsi olub.
Meksikanın federal hakimi Enrike Ernandes Miranda bildirib ki, istintaq zamanı başqa şübhələr də ortaya çıxıb. Belə ki, boks üzrə keçmiş dünya çempionunun qanunsuz silah alveri və Sinaloa karteli ilə əməkdaşlığına dair şayiələr araşdırılır.
Hazırda isə Xulio Sezar Çaves şərti olaraq azadlığa buraxılıb və Meksikanı tərk edə bilməz. İstintaq 3 ay davam edəcək və 2025-ci ilin noyabrın 24-də tamamlanacaq. Yalnız bundan sonra keçmiş dünya çempionunun aqibəti bəlli olacaq.
