Tbilisidə gərgin anlar | Polislə etirazçılar qarşı-qarşıya
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirilən nümayiş zamanı gənclərdən biri gözündən zədə alması səbəbindən xəstəxanaya aparılıb.
Etirazçılar onun rezin güllə ilə vurulduğunu iddia edirlər. Aksiyaçılar daha bir neçə yaralının xəstəxanaya aparıldığını bildiriblər.
Gürcüstan Daxili İşlər Nazirliyi isə etirazçılara qarşı rezin güllələrdən istifadə edilmədiyini bildirib. Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Darakvelidze deyib.
O, polisin yalnız gözyaşardıcı qaz və su şırnağından istifadə etdiyini bildirib.
Nazirlik nümayəndəsi nümayişçilərin parlamentə daxil olmağa çalışdığını, polisə qarşı gözyaşardıcı qazdan istifadə etdiyini əlavə edib.
#Etiraz aksiyası teqi istifadə olunub
- Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM
- Londonda ABŞ səfirliyi qarşısında nümayiş zamanı 300-dən çox şəxs saxlanılıb
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər
- Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI
