Tbilisiyə ayrılan pulların dayandırılma səbəbi | Gürcüstana təzyiqlər artır
Avropa İttifaqı Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub.
Bu barədə təşkilatın bu ölkədəki səfiri Pavel Herçinski məlumat verib.
Bildirib ki, qərarın veriləməsinə səbəb ölkədə “xarici təsirin şəffaflığı” haqqında qanunun qəbul edilməsi olub.
Onun sözlərinə görə, sözügedən qanun Gürcüstanın Aİ-yə inteqrasiyası prosesini dayandıran əsas amillərdəndir.
“İndiki Gürcüstan hökumətinin niyyətləri Avropa İttifaqı liderlərinə aydın deyil. “Xarici təsirin şəffaflığı” haqqında Qanun doqquz bənd üzrə nailiyyətləri açıq şəkildə arxa plana atır. Ön planda isə anti-Qərb, anti-Avropa ritorikası qabarır. Bunları nəzərə alaraq deyə bilərik ki, Gürcüstanın Avropa İttifaqına daxil olmaq məqsədi əməlləri ilə tamamilə uyğun gəlmir. Mən ürəkdən ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkidən sonra yeni qurulan hökumət nə olursa-olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq”, – P.Herçinski əlavə edib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Çolpon-Atada böyük sövdələşmə: Paşinyan Rusiyadan güzəşt qopara biləcəkmi? - AKTUAL GÜNDƏM
- Aİ-nin miqrant planı barədə bu xəbər Ermənistan gündəmini silkələdi - Baku TV CANLI
- Avropa İttifaqından süni intellektlə bağlı istifadəni şəffaflaşdıran addım
- Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ
- Konstitusiya, Aİ və Zəngəzur: Paşinyan istefa verir - AKTUAL GÜNDƏM
