Pleyeri seçin:
Təcili hərəkətə keçməliyik! | Böyük Britaniyanın Baş naziri nələri açıqlayacaq?
Böyük Britaniyanın Baş naziri Keyr Starmer avqustun 27-də ölkədəki cari vəziyyətlə bağlı geniş məzmunlu çıxış edəcək.
Çıxışdan əvvəl Baş nazirin nitqinin əsas məqamları media nümayəndələri ilə paylaşılıb.
K.Starmer çıxışında Böyük Britaniyada həyat şəraitinin daha da pisləşəcəyini vurğulayacaq.
Baş nazir Mühafizəkarlar Partiyasından ölkəyə iqtisadi və cəmiyyətlə bağlı ciddi problemlərin miras qaldığını bildirəcək. O, bu çətinlikləri aradan qaldırmaq üçün təcili tədbirlər görmək və ənənəvi yanaşmalardan kənara çıxmağın zəruri olduğunu deyəcək.
Həmçinin K.Starmer dövlət büdcəsində 22 milyard funt-sterlinq həcmində kəsir olduğunu vurğulayacaq. Baş nazir çıxışında həbsxanalarda yer çatışmazlığı probleminə də toxunacaq.
Kopyalandı
#Böyük Britaniya teqi istifadə olunub
- Soyuducuya ehtiyac olmayan peyvənd hazırlandı | Alimlərdən inqilabi kəşf - Baku TV
- Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar
- Britaniyada isti günlərin sayına görə 30 illik rekord yenilənib
- Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI
- Britaniya AI Təhlükəsizliyi İnstitutu süni intellekt modelləri tərəfindən saxtakarlıq faktlarını aşkar edib
