Tehran bombardman edildi | İsrail-İran münaqişəsində gərginlik pik həddə çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və İran arasında döyüşlər davam edir.
“Mehr News”un məlumatına görə, İran Silahlı Qüvvələri İsrailin mövqelərinə raket zərbələri endirilib. “Doğru vəd 3” əməliyyatının budəfəki hədəfi Fələstinlə İsrail arasındakı mübahisəli ərazilər olub.
“The Times of Israel”in məlumatına görə isə İran Colan təpələrinə PUA hücumu təşkil edib. Həyəcan siqnalı verilib. Dronlardan bəzilərinin vurulduğu bildirilir.
Bundan başqa, İsraildə insanlar bomba sığınacaqlarına təxliyə edilirlər. Çünki yeni raket zərbələri gözlənilir.
İsrail hərbi hava qüvvələri də İranda bəzi obyektləri atəşə tutub. “The Jerusalem Post”un məlumatına görə, raketlərin saxlanıldığı məntəqələr vurulub. Bundan başqa, PUA-ların buraxılış obyektlərinə də zərbələr endirilib.
Tehranın cənub-şərqində partlayışlar baş verib. Xuzistan da hücuma məruz qalıb və bəzi obyektlər vurulub. Natanz nüvə obyektində isə hava hücumundan müdafiə sistemi işə düşüb.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
