Tehran və Vaşinqton nəyi və kimi gözləyir? | Yaxın Şərqin aqibəti necə olacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərq barıt çəlləyi üzərində: Tehran və Vaşinqton arasındakı "soyuq müharibə" həlledici mərhələyə qədəm qoyur. **"Baku TV"**nin "Dünya" xidməti 2026-cı ilin aprel ayında regionun aqibətini müəyyən edəcək böyük gözləntiləri təhlil edir. 8 apreldən bəri davam edən kövrək atəşkəs fonunda hər iki tərəf növbəti strateji addım üçün kimin və nəyin yolunu gözləyir? Donald Tramp administrasiyasının tətbiq etdiyi dəniz blokadası, İranın Hörmüz boğazı ilə bağlı "yeni kartları" və Pakistanda keçirilməsi planlaşdırılan, lakin sual altında olan sülh danışıqlarının pərdəarxası. Videoda Məsud Pezeşkianın son bəyanatları, ABŞ-ın Oman körfəzindəki hərbi manevrləri və regionun gələcək xəritəsini cızan ekspert rəyləri yer alır. Yaxın Şərqdə yekun sülh, yoxsa böyük müharibə? Bu sualın cavabı Baku TV-nin xüsusi reportajında.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
