Tehranın bu hərəkəti Aİ-ni qəzəbləndirdi | Rusiyaya görə...
Avropa İttifaqının müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsinə dair kəşfiyyat məlumatlarını paylaşıblar.
Tədarüklər təsdiqlənərsə, rəsmi Tehrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyi barəsində xəbərdarlıq edilib.
Bu sözləri ittifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano bildirib.
“Biz müttəfiqlərin İranın ballistik raketlərinin Rusiyaya çatdırılması ilə bağlı verdiyi etibarlı məlumatdan xəbərdarıq. Üzv dövlətlərlə bu məsələni daha ətraflı araşdırırıq və əgər sözügedən informasiya təsdiq olunarsa, bu addım İranın Rusiyanın Ukraynada apardığı müharibəyə dəstəyinin artdığını sübut etmiş olacaq. Aİ liderlərinin bu barədə mövqeyi həmişə aydın olub. İttifaq Tehrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər görəcək”, – deyə o qeyd edib.
Məsələyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib:
“Biz bu informasiyadan xəbərdarıq. Bu cür məlumatlar reallığı əks etdirmir. Biz ticarət-iqtisadi əlaqələrimizi inkişaf etdiririk. Bütün mümkün sahələrdə, o cümlədən ən həssas arenalarda da İranla əməkdaşlığımızı davam etdiririk. Hər 2 ölkənin xalqlarının maraqları naminə dialoqumuz kəsilməyəcək”.
Qeyd edək ki, İran da sözügedən məlumatı təkzib edib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ölkəsinin Rusiyaya ballistik raketlər göndərməsi ilə bağlı iddiaları rədd edib.
#İran teqi istifadə olunub
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
- 44 səhifəlik sənəd Moskva ilə Tehranın uzunmüddətli planlarını üzə çıxardı - Baku TV CANLI
- ABŞ-nin İranla bağlı ssenarisi niyə baş tutmadı? - Baku TV CANLI
- Tehrandan Vaşinqtona cavab | "Xameneinin fətvasına sadiqik" - Baku TV CANLI
- İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM
