Pleyeri seçin:

Təkərlərin quraşdırılması zamanı sürücülərin və ustaların etdiyi əsas səhvlər

22 may 2026 220 baxış

"Avtomobillərə şin montajı zamanı ciddi səhvlərin baş verməsi istisna deyil. Məsələn, bəzən yeni şinləri zədələnmiş və ya çirklənmiş disklərin üzərinə quraşdırırlar ki, bu da sürücülər üçün təhlükə yaradır".

Bu barədə rusiyalı avtoekspert Aleksandr Parxomçuk mətbuata müsahibəsində xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, səhv yerinə yetirilmiş montaj proseduru həm yeni təkərlərin istismar müddətini əhəmiyyətli dərəcədə qısaldır, həm də hərəkət zamanı qəza riskini artırır.

Ekspert şin montajı zamanı yol verilən əsas səhvləri və qorunma yollarını belə qruplaşdırıb:

Ölçü uyğunsuzluğu: ən çox rast gəlinən səhvlərdən biri şin və diskin ölçülərinin bir-birinə uyğun gəlməməsidir. Sürücülər hələ şin satın alarkən onların mövcud disklərə tam oturduğundan əmin olmalıdırlar.

Disklərin yoxlanılması: şinləri quraşdırmazdan əvvəl diskdə çatların, korroziyanın və əziklərin olub-olmadığı mütləq yoxlanılmalı, diskin boya qatının vəziyyəti qiymətləndirilməlidir.

Təmizlik qaydaları: disklər köhnə yapışqan izlərindən, hermetik qalıqlarından və digər kənar çirklənmələrdən tamamilə təmizlənməlidir. Çirkli diskin üzərinə vurulan şin hava buraxa bilər. 

Balans və kompensasiya: şinlər diskin üzərinə elə quraşdırılmalıdır ki, onlar fırlanma zamanı bir-birinin ağırlığını kompensasiya etsin və yekun balans düzgün alınsın.

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 220 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 220 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 220 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 220 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 220 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 220 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 220 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 220 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 220 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 220 baxış
Seçilmişlər
icon