Tələbələrin etiraz aksiyası polislə qarşıdurma ilə müşayiət olunub
Albaniyada təhsil və sosial problemlərlə bağlı keçirilən etiraz aksiyası zorakılıqla nəticələnib.
Paytaxt Tiranada nümayişçilər Təhsil Nazirliyinin binasına kərpic və beton parçaları atıblar. Polis isə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməklə etirazçılara müdaxilə edib. Bir neçə nəfər saxlanılıb.
Aksiyanın təşkilatçıları universitetlərdə təhsil şəraitinin yaxşılaşdırılması, ali təhsil xərclərinin azaldılması, tələbələrə maliyyə dəstəyinin artırılmasını və məzunların işlə təmin olunması imkanlarının genişləndirilməsini tələb edirlər. Bəzi iştirakçılar isə ölkədəki sosial bərabərsizliyə və hökumətin siyasətinə qarşı narazılıqlarını ifadə ediblər.
Etirazçılar Albaniyada köklü dəyişikliklərə ehtiyac olduğunu bildiriblər. Nümayişçilərin sözlərinə görə, ölkədə ciddi sosial ədalətsizlik hökm sürür, varlılarla kasıblar arasındakı fərq isə getdikcə daha qabarıq görünür.
#Etiraz aksiyası teqi istifadə olunub
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Britaniyada yüzlərlə insan meydanlara axışdı | Silah tədarükünə qarşı yürüş keçirildi - Baku TV
- Belçikada büdcə ixtisarlarına qarşı narazılıqlar kütləvi hal alıb
- Belçikada büdcə ixtisarına qarşı etiraz aksiyaları keçiriləcək
