Terrorda ölənlərin sayı artdı, şübhəlilər saxlanıldı | Moskvada son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada yerləşən “Crocus City Hall”da baş verən terror hadisəsi zamanı ölənlərin sayının 80 nəfəri ötdüyü, onlardan 3-nün uşaq olduğu bildirilir.
Baş verən hadisədən sonra meydana gələn yanğının lokallaşdırılması üçün əraziyə 477 nəfər canlı qüvvə və 183 texnika cəlb olunub. Məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə bildirib ki yanğının özəyi Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülsə də hələ də sözügedən konsert zalında və binanın bəzi yerlərində acıq ocaqlar qalmaqdadır. Onların da tez bir zamanda söndürülməsi istiqamətində işlər davam etdirilir.
Bu arada, Bryansk vilayətində “Crocus City Hall”a hücumda şübhəli bilinən iki nəfərin saxlanıldığı bildirilir. Rusiya KİV-in məlumatına görə, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Tepli kəndi yaxınlığında saxlanılıb. Avtomobildə 6 nəfərin oduğu, onlardan ikisinin saxlanıldığı, 4 nəfərin isə qaçdığı iddia edilir.
Məlum hadisədən sonra Rusiya hökuməti Moskvaətrafı rayonlardan şəhərə girişi müvəqqəti məhdudlaşdırıb. Ən çox turistin olduğu Qızıl meydana da giriş-çıxış bağlanıb. Meydanın ətrafında polislər növbəli şəkildə keşik çəkir.
#Moskva teqi istifadə olunub
- Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır
- Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
- Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI
- Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI
