“Tesla” avtopilotu niyə qorxulu anlara səbəb oldu? - Sürücülər etiraf etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Tesla” avtopilotunu sınaqdan keçirən sürücülər təəssüratlarını jurnalistlərlə bölüşüblər.
Sürücülər etiraf ediblər ki, “Tesla” onlardan yolda riskli vəziyyətlər yaratmağı tələb edir.
Bu yanaşma proqram təminatının təkmilləşdirilməsi prosesini sürətləndirə, lakin sürücülərin və ictimai yollarda olan insanların təhlükəsizliyini riskə ata bilər.
Onlardan biri sınaq zamanı az qala velosipedçini vuracağını etiraf edib:
“O dəhşətə gəldi. Maşın ona tərəf istiqamətləndi və mənim edə biləcəyim tək şey əyləci sıxmaq oldu”.
Digər sürücü isə bildirib ki, bir neçə dəfə avtopilotun yanlışlığı ucbatından avtomobili piyadanın üzərinə sürməli olub. Xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib.
Xatırladaq ki, belə maşınların 2025-ci ilin əvvəlində istehsala başlanması gözlənilir.
