Pleyeri seçin:
Təyyarədən atılan humanitar yardımlar Qəzzada insan ölümünə səbəb oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağına humanitar yardım qutularının havadan atılması 5 nəfərin həyatına son qoyub.
Belə ki, təyyarələrdən atılan bəzi humanitar yardım qutularının paraşütləri açılmayıb. Qutular Qəzzanın şimalındakı Qaçqınlar Düşərgəsində humanitar yardım gözləyən mülki şəxslərin üzərinə düşüb.
Məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara aparılıblar.
Qeyd edək ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Oman və Bəhreyn son bir həftədir ki, Qəzza zolağına havadan yardım göndərmək üçün birgə əməliyyatlar təşkil edir.
Kopyalandı
#Qəzza zolağı teqi istifadə olunub
