Təzyiqə dözməyən prezident ofisinin müşaviri Arestoviç istefa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Prezident ofisinin müşaviri Aleksey Arestoviçin vəzifəsindən azad edilməsi üçün imza toplamağa başlayıb. O bu barədə teleqram kanalında yazıb.
“Arestoviç getməlidir. Onun Dneprdə yaşayış evinin hava hücumundan müdafiə sistemlərimizə görə dağıdılması ilə bağlı uydurmaları dövlətə xəyanət anlamına gəlir. Digər xalq deputatları ilə birlikdə prezident aparatının müşavirinin işdən çıxarılması tələbi ilə imza toplayırıq”, - deyə Qonçarenko bildirib.
Xatırladaq ki, yanvarın 14-də Dneprdə çoxmərtəbəli yaşayış binasının raketlə vurulması nəticəsində azı 40 nəfər ölüb. Hadisə ilə bağlı Arestoviç bildirib ki, faciəyə Ukraynanın hava hücumundan müdafiə sistemləri səbəb olub.
#Ukrayna teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
