Pleyeri seçin:
Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İndoneziyanın Sumatra adasında baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 867 nəfər ölüb, 521 nəfər isə itkin düşmüş sayılır.
“Reuters”in xəbərinə görə, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, fəlakət nəticəsində təxminən 2700 nəfər xəsarət alıb. Bundan əvvəl isə ölənlərin sayının 800-ü keçdiyi bildirilirdi.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi fəlakətin bölgədə bir həftədən çoxdur davam edən güclü yağışlar nəticəsində baş verdiyini nəzərə çatdırıb.
Sel axınları yaşayış binalarına, yollara və infrastruktura ciddi ziyan vurub, xilasedicilərin daha çox zərər çəkmiş ərazilərə çatmasına isə maneələr yaradıb.
Kopyalandı
#İndoneziya teqi istifadə olunub
- İndoneziyada qeyri-adi hadisə baş verib
- Rusiya ordusuna cəlbetmə iddiaları İndoneziya hökumətini hərəkətə keçirib - Baku TV CANLI
- Kontent hazırlayan əcnəbilərin ölkəyə girişi qadağan edilə bilər
- Qatar qəzasında 14 nəfər öldü, yaralananlar var
- İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ | Sunami xəbərdarlığı edildi
