Tramp ABŞ-nin İrandan sonrakı düşmənini açıqladı
ABŞ Prezidenti Donald Tramp İrandan sonra ABŞ-nin əsas düşmənini açıqlayıb.
O, ölkənin əsas düşməninin Demokratlar Partiyası olduğunu bildirib.
Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.
"İranın məhvindən sonra ABŞ-nin ən böyük düşməni radikal solçu, son dərəcə səriştəsiz Demokratlar Partiyasıdır", – deyə Tramp paylaşımında qeyd edib.
Bundan əvvəl Nümayəndələr Palatasında demokrat deputat Hakim Ceffris Donald Trampı və respublikaçıları ekstremist adlandıraraq onları Yaxın Şərqdə "öz istəkləri ilə düşünülməmiş müharibə" başlatmaqda ittiham etmişdi.
"Donald Tramp və Respublikaçı ekstremistlər Yaxın Şərqdə ehtiyatsız müharibəyə başlayıblar. Benzin qiymətləri artır, milyardlarla dollar israf olunur və ölkəmiz getdikcə daha təhlükəli hala gəlir. Amerikada hakimiyyətin dəyişikliyinə ehtiyacımız var", – deyə Ceffris "X" sosial media hesabında yazıb.
#Donald Tramp teqi istifadə olunub
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
- Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV
- Silahlı qüvvələrə yönəldilən pulun məbləği rekord həddə çatıb
- Ukrayna üçün kritik mərhələ | Tramp Putinlə Zelenskini görüşdürə biləcək? - Baku TV
- Kiyevin yeni gedişi | ABŞ-li senatorlar Trampı razı sala biləcəkmi? - Baku TV
