Tramp Almaniya Kanslerini tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib.
O eyni zamanda Berlinin iqtisadi və digər problemlərində ölkə liderini günahlandırıb. Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
"Almaniya kansleri Fridrix Merts İranın nüvə silahlarını məqbul hesab edir. O, nədən danışdığını bilmir! Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu tədbirlər görürəm. Almaniyanın həm iqtisadi, həm də digər cəhətdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil", – deyə ABŞ lideri yazıb.
Bu arada, İranın BMT yanındakı Daimi Nümayəndəliyi Hörmüz boğazında təhlükəsizliyin pozulmasına görə məsuliyyətin ABŞ-nin üzərinə düşdüyünü bəyan edib.
Bildirilib ki, İran 1982-ci il Dəniz Hüququ Konvensiyasına qoşulmayıb və müqavilələrin müddəalarını yerinə yetirməyə özünü borclu hesab etmir.
Bundan əlavə, dəniz daşımalarının pozuntuları və nəticələrinə görə məsuliyyətin ABŞ-nin üzərinə düşdüyü qeyd olunub.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
