“Tramp bu seçkilərdə iştirak edə bilməz” | Mask
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikanın milyarder iş adamı İlon Mask düşünür ki, ABŞ-nin növbəti prezidenti hazırkı vitse-prezident Cey Di Vens olacaq.
Bu barədə ABŞ mətbuatı "Politico" məlumat yayıb.
Məlumata görə, İ.Mask bu fikrini 22 noyabrda videokonfrans vasitəsilə ABŞ hökumətinin Effektiv İşin Təşkili İdarəsinin (DOGE) əməkdaşlarına söyləyib.
2025-ci ilin bir neçə ayı ərzində İ.Mask bu qurumun işinə nəzarət edib və ABŞ-də xüsusi statuslu dövlət işçisi kimi ictimai əsaslarla çalışıb.
İ.Mask çıxışı zamanı ABŞ-nin "böyük 12 illik dövrün başlanğıcında" olduğunu vurğulayıb. Burada 2025-ci ildə başlayan Donald Trampın dördillik dövrü və sonrakı iki belə dövr ərzində Cey Di Vensin prezidentliyi nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Hazırkı Prezident D.Tramp bu seçkilərdə iştirak edə bilməz, çünki ABŞ Konstitusiyasının 22-ci maddəsinə əsasən, prezidentlik müddəti yalnız iki dövrlə məhdudlaşdırılır.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
