Tramp hərbçilərə vəd etdiyi ödənişləri unutdu?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Milad bayramı ərəfəsində 1,45 milyondan çox amerikalı hərbçiyə vəd etdiyi birdəfəlik ödənişi unutduğunu etiraf edib.
Bu barədə "The New York Times" yazıb.
Qəzetin məlumatına görə, jurnalistlərin sualına cavab verən Tramp əvvəlcə bu vədi xatırlamadığını bildirib.
“Doğrudanmı mən bunu etmişəm? Hərbçilərə təxminən 2 min dollar məbləğində çeklərin yazılacağını vəd etmişəm? Mən bunu nə vaxt etmişəm?”, – deyə o qeyd edib.
Bununla belə, ABŞ Prezidenti əlavə edib ki, ölkə hərbçiləri vəd olunan ödənişləri ilin sonunadək ala biləcəklər.
Xatırladaq ki, 18 dekabrda ABŞ hakimiyyətinin ölkənin yaranmasının şərəfinə 25 dekabr tarixinədək 1,45 milyondan çox hərbçiyə 1776 dollar məbləğində birdəfəlik ödəniş etməyi planlaşdırdığı bildirilmişdi. Tramp həmin vaxt bank çeklərinin artıq göndərildiyini bəyan etmişdi.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
