Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir
ABŞ Prezidenti Donald Tramp Ukraynanın "Starlink"in hərbi versiyası olan "Starshield" sisteminə çıxışının bərpa edildiyini bildirib.
O bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərlə söhbətində danışıb. Donald Tramp məsələ ilə bağlı kiməsə zəng edib-etmədiyini deməkdən imtina edib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti ABŞ liderinin "SpaceX" şirkətinin rəhbəri İlon Maskla əlaqə saxlayaraq məhdudiyyətlərin aradan qaldırılmasını tapşırdığını yazıb.
"Zəngi mənim, yoxsa başqasının etməsinin əhəmiyyəti yoxdur. Nəticədə çıxış bərpa olunub", – deyə Donald Tramp bildirib.
"The Wall Street Journal" həmçinin İlon Maskın şəxsən "Starshield" sisteminin fəaliyyətinə məhdudiyyət qoyulmasını əmr etdiyini iddia edib. İlon Mask isə məsuliyyət daşıdığını təkzib edərək sistemin sürəti və istifadəsi ilə bağlı qərarları ABŞ hökumətinin verdiyini deyib.
#Donald Tramp teqi istifadə olunub
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- "Danışıqlar aparmaq güzəşt demək deyil" | Masa arxasında danışıq, səhnə arxasında mübarizə - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
