Tramp İran-ABŞ danışıqlarının dayandırılması ilə bağlı xəbərləri təkzib etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"İran və ABŞ-nin bir neçə gün əvvəl qarşılıqlı əlaqəni dayandırdığı barədə xəbərlər yalan və yanlışdır".
Bunu ABŞ lideri Donald Tramp "Truth Social" hesabında yazıb.
"Aramızdakı danışıqlar fasiləsiz olaraq aparılıb, o cümlədən dörd gün əvvəl, üç gün əvvəl, iki gün əvvəl, bir gün əvvəl və bu gün. Onların nəyə gətirib çıxaracağını heç vaxt bilmək olmur, lakin İran hakimiyyətinə dediyim kimi. Bu və ya digər şəkildə saziş bağlamağın vaxtı çatıb. Siz artıq 47 ildir ki, bununla məşğulsunuz və bu, artıq belə davam edə bilməz", – deyə paylaşımda bildirilib.
Bu arada, rəsmi Vaşinqton müəyyən şərtlər daxilində İranın nüvə enerjisindən istifadə etmək imkanına malik olacağına razılaşmağa hazırdır. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio Senatda xarici əlaqələr komitəsində dinləmələr zamanı danışıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
