Pleyeri seçin:

Tramp İranın razılaşmaq istədiyini bildirib | "Daha sərt tədbirlərlə üzləşə bilər" - Baku TV

31 yanvar 2026 431 baxış

ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etmək istədiyini bildirib, lakin bu barədə əlavə detalları açıqlamayıb.

O, Ağ Evdə jurnalistlərə açıqlamasında prosesin necə inkişaf edəcəyinin zamanla bəlli olacağını deyib.

Prezident qeyd edib ki, İranla bağlı vəziyyət mürəkkəbdir və ABŞ bölgədə hərbi mövcudluğunu davam etdirir. Onun sözlərinə görə, ABŞ-nin İrana doğru Venesuelaya göndəriləndən daha böyük bir qoşunu mövcuddur.

Tramp çıxışı zamanı bildirib ki, İran əvvəllər yüzlərlə insanın edamını planlaşdırıb, lakin ABŞ-nin sərt mövqeyindən sonra bu fikrindən dönüb. O, bu məsələdə təzyiq siyasətinin rol oynadığını vurğulayıb və “çoxlu insanın hələ də öldürüldüyünü” deyərək vəziyyətin ciddi olaraq qaldığını qeyd edib.

Jurnalistin İranla bağlı mümkün hərbi addımlar barədə sualına cavab verən Tramp bu mövzuda detallara girmək istəmədiyini də bildirib. Bununla belə, ABŞ-nin dünyanın ən güclü donanmasına və ordusuna sahib olduğunu vurğulayıb. O əlavə edib ki, prezidentliyi dövründə ABŞ Ordusunu yenidən qurub və bu güc dəfələrlə nümayiş etdirilib.

ABŞ Prezidenti İranı nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağa çağırıb və əks halda, daha sərt tədbirlərlə üzləşə biləcəyini bildirib. Tehran isə mümkün hücum halında ABŞ, İsrail və onların müttəfiqlərinə qarşı cavab tədbirləri görəcəyi ilə hədələyib.

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 431 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 431 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 431 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 431 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 431 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 431 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 431 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 431 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 431 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 431 baxış
Seçilmişlər
icon