Pleyeri seçin:

Tramp İranla müqavilənin tezliklə imzalanacağına inanır

13 iyun 2026 345 baxış

"İranın xarici işlər naziri Abbas Əraqçinin müqavilə ilə bağlı paylaşımını çox müsbət hesab etdim".

Bunu ABŞ lideri Donald Tramp "Axios" portalına müsahibəsində bildirib.

Tramp İran tərəfinin müqavilə ilə bağlı yalan məlumat verdiyinə görə gizli şəkildə üzr istədiyini deyib.

"Hələ də müqavilənin həftənin sonuna və ya bazar ertəsi günü imzalana biləcəyinə inanıram. İran dövlət mediasının Tehranın müqaviləni imzaladıqdan dərhal sonra milyardlarla dollarlıq dondurulmuş aktivləri alacağı barədə xəbərləri ilə bağlı ictimaiyyətə açıqlama tələb etdim", – deyə Tramp əlavə edib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə "X" sosial şəbəkəsində yazıb ki, Tehranla yeni razılaşma İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutmur. O qeyd edib ki, informasiya məkanında ABŞ və İran arasında ehtimal olunan razılaşma barədə xeyli sayda etibarsız məlumatlar yayılır.

"Birincisi, İran heç bir pul vəsaiti almayacaq və yalnız razılaşmanı imzaladığına və ya görüşdə iştirak etdiyinə görə heç bir aktiv blokdan çıxarılmayacaq. Razılaşma elə qurulub ki, ilk növbədə, ABŞ və onun müttəfiqlərinin maraqları nəzərə alınsın. Əgər İran öz öhdəliklərini yerinə yetirərsə, o zaman həm onun özü, həm də bütün region iqtisadi fayda əldə edəcək", – deyə Vens yazıb.

O vurğulayıb ki, potensial razılaşma regiondakı vəziyyəti dəyişə və davamlı sülhün bərqərar olması üçün şərait yarada bilər.

Vens həmçinin müzakirə olunan razılaşma ətrafındakı şərhlərin bir hissəsini tənqid edib. "Hələ bir ay əvvəl Donald Trampı tamamilə haqlı olaraq tarixi prezident adlandıran insanlar indi medianın təsdiqlənməyən xəbərlərinə əsaslanaraq razılaşmanı tənqid edirlər", – deyə o qeyd edib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 345 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 345 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 345 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 345 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 345 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 345 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 345 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 345 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 345 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 345 baxış
Seçilmişlər
icon