Pleyeri seçin:

Tramp Məhəmməd bin Salmana zəng etdi

02 aprel 2026 498 baxış

İranın keçmiş xarici işlər naziri Kamal Xarazi aprelin 1-də Tehranda baş verən təyyarə hücumu zamanı ağır yaralanıb, həyat yoldaşı isə həlak olub.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, İranın keçmiş xarici işlər nazirinin Tehranda yerləşən evi ABŞ və İsrail tərəfindən endirilmiş hava hücumunun hədəfi olub. Həmin vaxt Kamal Xarazi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib, həyat yoldaşı isə ölüb.

Qeyd edək ki, Kamal Xarazi Nyu-Yorkda İranın BMT-dəki səfiri vəzifəsində çalışdıqdan sonra 1997-ci ildən 2005-ci ilədək islahatçı prezident Məhəmməd Xatəminin dövründə xarici işlər naziri olub.

Bu arada, ABŞ Prezidenti Donald Tramp aprelin 1-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb və bu zaman İranda mümkün atəşkəs məsələsini qaldırıb. Bu barədə "Axios" portalı məlumat yayıb. Üç amerikalı rəsmi postala bildirib ki, Vaşinqton və Tehran İran tərəfinin Hörmüz boğazını açması müqabilində atəşkəs məsələsini müzakirə edirlər.

Mənbələr bu müzakirələrin birbaşa və ya vasitəçilərin köməyi ilə aparıldığını açıqlamayıblar. Hazırda razılığın əldə olunub-olunmadığı məlum deyil. Bununla belə, rəsmi şəxslər Donald Trampın bu imkanı həm öz nümayəndələri ilə, həm də ondan kənarda müzakirə etdiyini bildiriblər.

Banner
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 498 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 498 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 498 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 498 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 498 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 498 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 498 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 498 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 498 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 498 baxış
Seçilmişlər
icon