Tramp Putinlə onlar kimi davrandı, amma... | ABŞ və Rusiya arasında nələr yaşanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Tramp Rusiya ilə danışıqlarda səbrini itirib, lakin Kreml “hökmdarı” Putin uzun oyun oynayır və qorxmur”.
Bu barədə avstraliyalı təhlilçi, telejurnalist Yalda Hakim “Sky News”a açıqlamasında deyib.
“Tramp ilk dəfə prezident olanda dünya nizamını yenidən nəzərdən keçirəcəyini və ölkənin xarici siyasətini əsaslı şəkildə dəyişdirəcəyini vəd etmişdi. İndi isə geosiyasət, Avropada müharibə və Yaxın Şərqdəki qeyri-sabitlik reallıqları ilə üzləşən Tramp Moskva ilə münasibətlərdə getdikcə daha çox hər bir prezidentin ikinci prezidentlik dövründə tutduğu yolla gedir.
Tramp ilk müddətini Putini sakitləşdirməyə çalışaraq, ona Kim Çen In və ya Si Cinpinə göstərdiyi lütfü göstərməyə cəhd etdi. Bəlkə də avtoritar liderlərə xas heyranlığına, şəxsi münasibətlərin gücünə və biznes xarizmasına inamına görə.
Onun dünyagörüşü Nyu-Yorkda daşınmaz əmlak maqnatı işlədiyi dövrlərdə formalaşıb. Onun üçün dünya biznes maraqlarının xəritəsidir: onun öz ərazisi, Putinin də öz ərazisi var və belə bir koordinat sistemində qarşıdurma üçün heç bir səbəb olmamalıdır”, ‒ deyə jurnalist qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
