Tramp Tehrana sərt xəbərdarlıq etdi | "İran atəşkəsi pozub" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ razılaşma bağlamaqdan imtina ediləcəyi təqdirdə, İrandakı hər bir körpünü və elektrik stansiyasını məhv edəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun iddialarına görə, Tehran iki həftəlik atəşkəs razılaşmasını ciddi şəkildə pozub: "İran Hörmüz boğazında atəş açmaq qərarına gəlib, bu, atəşkəs razılaşmasının tamamilə pozulmasıdır! Zərbələrin çoxu Fransa gəmisi və Böyük Britaniyadan olan yük gəmisi istiqamətinə yönəlib".
Trampın sözlərinə görə, onun nümayəndələri artıq İslamabada yola düşüblər.
O həmçinin İranın Hörmüz boğazını bağlamaq qərarını qəribə adlandırıb, çünki boğaz ABŞ Silahlı Qüvvələri tərəfindən bloklanıb.
"Özləri də bilmədən bizə kömək edirlər və bağlı keçidə görə gündə 500 milyon dollar itirən də məhz onlardır! Birləşmiş Ştatlar heç nə itirmir. Əslində, bir çox gəmilər yüklənmək üçün elə indi ABŞ-yə, Texas, Luiziana və Alyaskaya yola düşürlər. Biz çox ədalətli və məntiqli bir razılaşma təklif edirik və ümid edirəm ki, onlar bunu qəbul edəcəklər. Əgər etməsələr, son 47 ildə digər prezidentlər tərəfindən İranla bağlı edilməli olanları etmək mənim üçün şərəf olacaq. İranın "ölüm maşını" dayanmalıdır! Artıq yumşaq davranış dövrü bitdi!", – deyə Tramp qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
