Tramp yaxın vaxtlarda Putinlə görüşməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın bu həftəsonu ukraynalı həmkarı Volodimir Zelenski ilə məhsuldar görüşü gözlənilir.
Ağ Ev rəhbəri bunu "Politico" nəşrinə verdiyi müsahibədə bildirib.
Tərəflər arasında görüşün dekabrın 28-də Florida ştatında baş tutacağı bildirilir.
"Düşünürəm ki, onunla hər şey yaxşı keçəcək. Fikrimcə, Vladimir Putinlə də hər şey yaxşı olacaq", – deyə Tramp vurğulayıb.
O, Kreml rəhbəri ilə tezliklə və istədiyi qədər danışmağı planlaşdırdığını deyib.
Bununla yanaşı, Tramp Kiyev tərəfindən hazırlanmış sülh planına soyuq münasibət göstərib. "Zelenskinin mən təsdiqləməyincə heç nəyi olmayacaq. Görək onun əlində nə var", – deyə Tramp qeyd edib.
Eyni zamanda ABŞ Prezidenti iddia edib ki, Rusiya iqtisadiyyatı çox ağır vəziyyətdədir.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
