Trampdan atəşkəslə bağlı açıqlama | Blokada hələ də davam edəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadıldığını bəyan edib.
O bu barədə "Truth Social" hesabında yazıb.
Donald Trampın sözlərinə görə, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edən Pakistan hakimiyyəti ABŞ-dən İranla bağlı zərbələri dayandırmağı xahiş edib.
"Bu, ölkə rəhbərliyi və nümayəndələrinin vahid təklif hazırlamasına qədər qüvvədə olacaq. Buna görə də mən silahlı qüvvələrimizə blokadanı davam etdirmək, eyni zamanda hər an hərəkətə hazır vəziyyətdə qalmaq və İranın təklifi təqdim olunana, danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatmaq barədə göstəriş verdim", – deyə Tramp bildirib.
Qeyd edək ki, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
