Trampın andiçmə mərasimi neçəyə başa gələcək? | Tədbirə bu məşhur şirkətlər dəstək oldu
Donald Trampın 2025-ci ildə andiçmə mərasimi ABŞ tarixində ən bahalı tədbir olacağını vəd edir ki, bu da maliyyə vəsaitlərinin toplanması və korporativ donorların iştirakı ilə bağlı rekorddur.
Son məlumatlara görə, D.Trampın inaqurasiyasının təşkili üçün artıq 200 milyon dollar toplanıb.
Maraqlıdır ki, ilk andiçmə mərasimindən fərqli olaraq bir çox şirkət D.Trampdan uzaqlaşsa da, 2025-ci ildə böyük biznes onu fəal şəkildə dəstəkləyir. “Amazon”, “Google”, “Meta”, “Microsoft” və “Apple” kimi şirkətlərin hər biri 1 milyon dollar ianə edib. Həmçinin inaqurasiyanı fəal şəkildə dəstəkləyənlər arasında “Toyota”, “Ford” və “General Motors” kimi avtomobil istehsalçıları, eləcə də banklar və hətta kripto sənayesinin nümayəndələri də var.
Qeyd edək ki, inaqurasiya xərcləri ənənəvi olaraq özəl ianələr və vergi gəlirləri arasında bölünür. Bu cür tədbirlərin maliyyələşdirilməsində özəl donorlar, korporasiyalar və şəxslər əsas rol oynayır. Təhlükəsizlik, nəqliyyat və fövqəladə hallar xidmətləri üçün xərclər həmişə büdcənin əsas hissəsini tutur.
#ABŞ teqi istifadə olunub
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib
- İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?
- Vaşinqtondan Ukrayna mesajı
