Pleyeri seçin:
Trampın bu planı Qəzza ilə bağlı mübahisələrə son nöqtəni qoyacaq?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında münaqişəyə son qoyacaq yeni sülh planını təqdim edib. Planın əsas bəndlərinə bütün israilli girovların azad edilməsi, daimi atəşkəsin elan olunması, İsrail ordusunun bölgədən mərhələli şəkildə çıxarılması və HƏMAS-ın iştirakı olmadan yeni idarəetmə sisteminin qurulması daxildir. Təklifə əsasən, Qəzzada ərəb və müsəlman ölkələrinin sülhməramlı qüvvələri yerləşdirilməli, şəhərin bərpası isə ərəb dövlətlərinin maliyyə dəstəyi ilə həyata keçirilməlidir. Ərəb liderləri isə qarşılıq olaraq ilhaqın dayandırılması və Məscidül-Əqsaya toxunulmaması kimi şərtlər irəli sürürlər. Planın sentyabrın 29-da Tramp və Netanyahu tərəfindən geniş müzakirə ediləcəyi gözlənilir.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
