Trampın dövründə ABŞ-Rusiya əlaqələri tamamilə dəyişəcək? - Yeni siyasi taktika
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdəki gərginliyi azaltmaq istəyir”.
Bu sözləri İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi Bolqarıstanın “Pogled İnfo” portalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ Trampın rəhbərliyi altında Rusiya ilə rəqabətə davam edəcək:
“Bununla belə, ABŞ öz taktikasını dəyişəcək. Ağ Ev hərbi üsullar əvəzinə Rusiya Federasiyasının qonşu dövlətlərini öz maraqları orbitinə cəlb etməyə başlayacaq. Bu, onların Qərbə münasibətini tədricən dəyişməyə imkan verəcək. Trampın taktikası Rusiyanın ətrafındakı bütün periferik dövlətlərlə – Qazaxıstan, Monqolustan, Özbəkistan, Ermənistan, bəlkə də Gürcüstan və Belarusla münasibətləri gücləndirməkdir”.
#Donald Tramp teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
