Trampın İranla bağlı bu sözlərindən sonra diqqət yaxın iki həftəyə yönəldi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yaxın həftələrdə regional balansı kökündən dəyişə biləcək kritik hadisələrin baş verəcəyini bəyan edib.
Ağ Ev rəhbəri Texas ştatının Lubbok şəhərində keçirilən seçki mitinqində ABŞ Ordusunun hərbi qüdrətini yenidən ən yüksək səviyyəyə qaldırdıqlarını vurğulayıb.
Venesuela və İran məsələlərinə xüsusi toxunan Donald Tramp Tehrana xəbərdarlıq edərək, bir-iki həftəyə İranla bağlı nələrin baş verəcəyini özünüz görəcəksiniz, deyib.
Donald Tramp eləcə də İranla mümkün hərbi toqquşmanın və ya müharibənin çox qısa müddətdə başa çata biləcəyini vurğulayıb. O qeyd edib ki, proseslərin gedişatı və müharibənin nə vaxt bitəcəyi birbaşa onun verəcəyi şəxsi qərardan asılı olacaq.
Ekspertlər Donald Trampın bu bəyanatını Yaxın Şərqdə hərbi ritorikanın pik həddə çatdığı və Tehrana qarşı yeni sanksiya və ya hərbi gedişatın an məsələsi olduğu kimi qiymətləndirirlər.
#ABŞ teqi istifadə olunub
- Ukraynada peyk rabitəsində fasilələr: Araşdırma niyə aparılmayacaq? - Baku TV CANLI
- Konqoda olmuş şəxslərin ABŞ-yə girişinə Ebola təhlükəsinə görə məhdudiyyət qoyulub
- Vaşinqton M23 qruplaşmasına dəstəyə görə Kiqaliyə təzyiqi artırır
- Tramp İrana növbəti dəfə şok xəbərdarlıq edib - Baku TV CANLI
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
