Pleyeri seçin:

Trampın layihəsi üçün qəbiristanlıq köçürülür, sakinlər narazılıq edir

29 may 2026 639 baxış

Vyetnam hakimiyyəti ölkənin şimalında yerləşən qəbiristanlığın ləğv edilməsini və həmin ərazidə ABŞ Prezidenti Donald Trampa məxsus şirkətin iştirakı ilə qolf meydançası və elit yaşayış kompleksi tikilməsini planlaşdırır.

Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “The Trump Organization” və onun yerli tərəfdaşları Hınqyen əyalətində 1,5 milyard dollar dəyərində iri layihə həyata keçirməyi nəzərdə tutur. Layihənin həyata keçiriləcəyi ərazidə qəbiristanlıq da yerləşir.

Nəşr qeyd edir ki, layihə Hanoy və Vaşinqton arasında münasibətlərin simvolik göstəricilərindən biri hesab olunur.

Bildirilir ki, 2025-ci ilin mayında təməlqoyma mərasimində çıxış edən Vyetnamın o zamankı Baş naziri Fam Min Çin qolf meydançasının Vyetnam-ABŞ əlaqələrinin möhkəmlənməsi və xüsusilə ABŞ-dən olan investorların etimadının artırılması baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Layihənin ilkin plana əsasən 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, torpaq mübahisələri səbəbindən tikinti prosesi ləngiyib.

Qəzetin keçirdiyi sorğulara əsasən, tikintidən təsirlənəcək təxminən 4 min sakin ya torpaqlarını verməkdən imtina edir, ya da hökumətdən daha yüksək kompensasiya tələb edir.

Bundan əvvəl “Reuters” agentliyi “The Trump Organization”ın vyetnamlı tərəfdaşlarla birlikdə 2026-cı ildə Ho Şi Min şəhərində göydələn tikintisinə başlaya biləcəyini yazmışdı. Məlumata görə, 60 mərtəbədən hündür olması planlaşdırılan binaya yatırılacaq investisiyanın həcmi 1 milyard dolları keçəcək.

Kopyalandı
Banner
İran Prezidenti əhalini nəyə hazır olmağa çağırdı?

İran Prezidenti əhalini nəyə hazır olmağa çağırdı?

Dünya
22 noyabr 2026 639 baxış
Zelenskinin açıqladığı həftəlik hücum rəqəmləri nə göstərir? - Baku TV CANLI

Zelenskinin açıqladığı həftəlik hücum rəqəmləri nə göstərir? - Baku TV CANLI

Dünya
22 noyabr 2026 639 baxış
Pezeşkiandan xəbərdarlıq: İqtisadi təzyiq Tehranı danışıqlara aparacaq? - Baku TV

Pezeşkiandan xəbərdarlıq: İqtisadi təzyiq Tehranı danışıqlara aparacaq? - Baku TV

Dünya
22 noyabr 2026 639 baxış
Rusiya hücumu bir neçə istiqamətdən həyata keçirdi

Rusiya hücumu bir neçə istiqamətdən həyata keçirdi

Dünya
22 noyabr 2026 639 baxış
İran ABŞ-nin Bəhreyndəki hərbi bazalarını vurdu?

İran ABŞ-nin Bəhreyndəki hərbi bazalarını vurdu?

Dünya
22 noyabr 2026 639 baxış
Demokratların lideri Trampı Heqseti vəzifədən uzaqlaşdırmağa çağırdı

Demokratların lideri Trampı Heqseti vəzifədən uzaqlaşdırmağa çağırdı

Dünya
22 noyabr 2026 639 baxış
Narkokartel rəhbərinin həbsi qanlı qarşıdurmaya səbəb olub

Narkokartel rəhbərinin həbsi qanlı qarşıdurmaya səbəb olub

Dünya
22 noyabr 2026 639 baxış
Trampın qərarı Konqres araşdırmalarına necə təsir edəcək? - Baku TV CANLI

Trampın qərarı Konqres araşdırmalarına necə təsir edəcək? - Baku TV CANLI

Dünya
22 noyabr 2026 639 baxış
Liviya neft kəmərinin bağlanması səbəbindən 30,7 milyon dollar itirdi

Liviya neft kəmərinin bağlanması səbəbindən 30,7 milyon dollar itirdi

Dünya
22 noyabr 2026 639 baxış
Tehran raket məhdudiyyətlərini aradan qaldırdığını açıqlayıb

Tehran raket məhdudiyyətlərini aradan qaldırdığını açıqlayıb

Dünya
22 noyabr 2026 639 baxış
Seçilmişlər
icon