Trampın oğlunun təklifləri müzakirələrə səbəb oldu | Detallar açıqlandı
Son dövrlərdə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın oğlu Erik Trampın təklifləri və maraqları geniş müzakirələrə səbəb olub.
Erik Tramp “Amazon” platformasında bir səbət hazırlayaraq oraya Kanada, Qrenlandiya və Panama kanalını daxil edib.
Bu səbət ABŞ-nin “qaytarılması planlaşdırılan” və ya əraziyə sahib olmaq istədiyi bölgələri bir araya gətirmək məqsədi güdür.
Erik Trampın təqdim etdiyi bu səbət, əslində, atasının və özünün daha əvvəl irəli sürdüyü ərazi ilə bağlı təkliflərin davamıdır.
2020-ci ildə Donald Tramp Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edib. Bu təklif həm ABŞ-nin daxili siyasətində, həm də beynəlxalq müstəvidə böyük diqqət mərkəzinə çevrilib.
Donald Trampın digər bir təklifi isə Panama kanalının geri qaytarılması ilə bağlı olub. O, ABŞ-nin Panama kanalının nəzarətini bərpa etmək istəyini açıq şəkildə bəyan edib.
Bundan əlavə, D.Tramp birinci prezidentlik dövründə, xüsusilə 2019-cu ildə Qrenlandiyanı Danimarkadan satın almaq təklifini irəli sürüb. Bu təklif o zaman geniş müzakirələrə səbəb olub və həm ABŞ, həm də Danimarka arasında gərginlik yaradıb.
#Donald Tramp teqi istifadə olunub
- Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- "Danışıqlar aparmaq güzəşt demək deyil" | Masa arxasında danışıq, səhnə arxasında mübarizə - Baku TV
